Qubada əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar-təlimlər keçirilib

qhtxeber.az  “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba rayonunun Alpan və Vəlvələ kəndində əlilliyi olan şəxslərin hüquqa çatımının asanlaşdırmaq məqsədi ilə seminar – təlimlər keçirilib. 
 
Seminar təlimlər qeyd olunan kəndlərin ətrafında olan kəndlərdən də əlilliyi olan şəxsləri cəlb olunması ilə cəmi 52 nəfəri əhatə edib. İki nəfər hüquqşünas və layihə əməkdaşları tərəfindən iştirakçılara hüquqi biliklərə, sosial xidmətlərə çatım yolları izah olunub, müraciət etmək qaydaları və ünvanları barədə məlumatlar verilib. 
 
Növbəti etapda həmin kəndlərin ərazilərində hüquqşünaslar tərəfindən səyyar hüquqi xidmətlər göstəriləcək. 
 
Qeyd edək ki, bu xidmət Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində həyata keçirilib. Xidmət Quba, İsmayıllı, Bərdə rayonlarında  həyata keçirilir. Layihə heyəti görüşlərin təşkil olunmasında göstərdikləri dəstəyə görə Quba rayon İcra Hakimiyyətinə, Alpan və Vəlvələ icra nümayəndəliklərinə, bələdiyyələrinə təşəkkür edir.