Şuranın dəstəyilə "Sağlam Yaşa!” narkomaniya ilə bağlı seminarlar təşkil olunub

qhtxeber.az  Sağlam Gəncliyə Doğru İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Sağlam Yaşa! Narkomaniya ilə bağlı seminarların təşkili” layihəsini həyata keçirib. 
 
Layihənin məqsədi Azərbaycanda narkomaniyaya meylliliyin azaldılması, bu bəlanın yayılmasının qarşısının alınması, gənclərin daha sağlam mühitdə formalaşması, onlarda narkomaniyanın yarada biləcəyi fəsadlar haqqında məlumatların artırılmasından ibarətdir. 
 
Layihə çərçivəsində Bakı şəhərində 180 gəncin iştirakı ilə seminarlar təşkil olunub. Əsasən cəmiyyətin həssas qrupu olan gənclərin dəvət olunduğu tədbirlərdə bu bəladan əziyyət çəkmiş, lakin sonradan müalicə olunub normal həyata dönən şəxslərin çıxışları yer alıb. Onlar narkomaniyanın törətdiyi ağır fəsadları seminar iştirakçılarının nəzərinə çatdırıblar.