QHT niyət protokolu imzalayıb

qhtxeber.az  Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Ciu-Citsu Federasiyası ilə birgə, qarşılıqlı əməkdaşlıq məqsədi ilə niyət protokolu imzalayıb.
 
Niyət protokolunu Gənc Vətənpərvərlər İctimai Birliyin sədri Müqamət Əliyev və Azərbaycan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov imzalayıblar.
 
Qeyd edək ki, protokolda aşağıdakı bəndlər yer alıb:
 
1.Gənc idmancılar arasında hərbi vətənpərvərlik ruhunun yüksədilməsi; 
2. İdmançılardan ibarət təşviqat dəstələrinin müharibə zonalarında,hərbi hissələrdə nümunəvi çıxışların təşkili; 
3.Hərbi işə dərindən yiyələnmək,döyüş texnikasının və silahların səylə öyrədilməsi (gənclərdə hərbiyə meyli artırmaq);
4.Əhalinin xüsusilə gəncləri müharibə şəraitində zəruri keyfiyyətlərin formalaşmasında bilavastə köməklik göstərəcək idman növlərinə Ciu-Citsu,kontakt karate,Ən ənəvi karate idman növlərinə cəlb etmək. (səmti ayıretmə,piyada turizm texnikası,əlbəyaxa döyüş növləri);
5.Çağrış və səfərbərlik yaşlı gənclərin yerlərdə fiziki hazırlıq işlərini canlandırmaq;
6. Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
7. Gənclər arasında zərərli vərdişlərə qarşı və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə tədbirlərin həyata keçirilirilməsi;
8 . Ciu-Citsu idman növünün inkişafı və populyarlaşması istiqamətində birgə maarifləndirmə və idman tədbirlərin keçirilməsi;
9.Olimpiya oyunlarında iştirak edən idmaçılarlda vətənpərvərlik ,milli-mənəvi dəyərlərin və fiziki,psixoloji hazırlığı istiqamətində tədbirlərin təşkili;
10. İdman vastəsi ilə QHT arasında vətənpərvərlik hislərinin aşılanması və ictimai qüvvələrin möhkəmləndirilməsi vaistəsilə ölkədə bədən tərbiyəsi-idman hərakatının fəal iştirak etmək.