Şuranın dəstəklədiyi layihənin yekuna həsr edilmiş tədbir keçiriləcək

qhtxeber.az  "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" layihəsinin icrasını yekunlaşdırıb.
 
Layihə çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparılıb.  
 
İctimai Birlik layihənin icra müddətində görülmüş işlərə və layihənin yekuna  həsr edilmiş tədbir keçirəcək. Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulub.
 
Qeyd edək ki, tədbir 17 iyul saat 11.00-da "Səs" İnformasiya Agentliyində (Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi-32)  keçiriləcək. İştirak etmək istəyən hər bir kəs dəvətlidir.