Özünüməşğulluq proqramının təşviqi ilə bağlı Tərtərdə seminar keçirilib - Şuranın dəstəyilə

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi lə “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi tərəfindən “Özünüməşğulluq - sosial yardim asılılığından kiçik sahibkarlığa doğru mövzusunda seminarların keçirilməsi” layihəsi çərçivəsində Tərtər rayonunda seminar keçirilib.   
 
Yeni Azərbaycan Partiyasının Tərtər rayon şöbəsinin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə layihə rəhbəri  Nəzakət Balabəyova açaraq, həyata keçirilən layihənin məqsədi, həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat verib və bu tədbirlərin “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi istiqamətində təşəbbüslərdən  olduğunu diqqətə çatdırıb.   
   
Layihənin eksperti Zaur Quliyev öznüməşğulluq proqramının əhəmiyyəti, proqrama müraciət qaydaları və əhatə dairəsi, proqramdan istifadə üçün üstün hüquqa malik əhali kateqoriyası və proqramın iqtisadi əhəmiyyəti barədə statistik və analitik göstəriciləri özündə  əks etdirən təqdimatla çıxış edib. 
 
Tədbirdə iştirak edən Tərtər rayon İcra hakimiyyətinin əməkdaşı Elvin Umudov, Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev çıxışlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir əhəmiyyətli layihəni dəstəklədikləri üçün öz təşəkkürlərini bildiriblər və özünüməşğulluq proqramının aktiv əmək bazarı proqramı olaraq,  mikro və kiçik sahibkarlığın inkişafında mühüm rol oynadığını və sosial yardım asılılığından kiçik sahibkarlığın inkişafına doğru atılmış mütərəqqi addım olduğunu qeyd ediblər.  
 
Tədbir özünüməşğulluq proqramından faydalanaraq, öz kiçik bizneslərini quraraq inkişaf etdirən proqram iştirakçılarının uğur hekayələrini iştirakçılarla qarşılıqlı diskussiya şəklində  müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsinə çap olunmuş bukletlər və dəftərxana ləvazimatları paylanılb.
   
Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda əlil, şəhid, məcburi köçkün, aztəminatlı ailələlərin, işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə dəstək göstərilməsidir.