Şuranın dəstəyi və təşkilatçılığı ilə Qəbələdə ictimai müzakirə keçirilib

qhtxeber.az  Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzində “Sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyalarda QHT-lərin rolu” mövzusunda ictimai müzakirə keçirilib.
 
Tədbirdə Oğuz, Şəki, İsmayıllı, Göyçay və Qəbələ rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak edib.
 
QHT təmsilçiləri sosial mediada milli maraqlarımızın əleyhinə aparılan təbliğat işlərini geniş müzakirə ediblər. Region QHT-lərinin rəhbərləri sosial şəbəkələrdə dövlətçilik maraqlarının müdafiəsində fəallıqlarınnı daha da artıracaqlarını bildiriblər.