Könüllülərə sertifikatlar təqdim olunub

qhtxeber.az  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 1 fevral 2019-cu il tarixdə “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.
 
qhtxeber.az-a daxil olan məlumata görə,bu məqsədilə Zərdab rayon Gənclər Mərkəzində Gənclər və İdman idarəsində 2 ay müddətinə könüllü fəaliyyət göstərmiş, o cümlədən növbəti dövrlərdə könüllü fəaliyyət göstərəcək gənclərlə görüş keçirilib. 
 
Görüşdə gənclərə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin adından sertifikatlar təqdim olunub.