Şuranın dəstəyilə tərbiyə müəssisəsində yeniyetmələr viruslu hepatit xəstəliyi barədə məlumatlandırılacaq

qhtxeber.az  “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasının davam etdirir.
 
Layihə çərçivəsində 30 iyulda yeniyetmələr üçün tərbiyə müəssisəsində tədbir təşkil ediləcək.
 
Təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva qhtxeber.az-a bildirib ki, müəssisədə tərbiyə olunan 40 nəfər yeniyetmənin təhlükəli yoluxucu xəstəlik sayılan viruslu hepatitlər haqqında məlumatlandırılması nəzərdə tutulub. 
 
Maarifləndirici materiallar elektron formatda və animasiya çarxları vasitəsilə tədbir iştirakçılarına çatdırılacaq. Təqdimatdan öncə yeniyetmələrin mövzuyla bağlı məlumatlılığı müəyyənləşdiriləcək. Sonra isə təqdimatın mənimsənilməsi suallar vasitəsilə yoxlanılacaq.
Tədbirdə həkimlər viruslu hepatit və yanaşı gedən digər yoluxucu xəstəliklər haqqında da çıxış edəcəklər.  Yeniyetmələrin sualları həkimlər tərəfindən cavablandırılacaq və müvafiq məsləhətlər veriləcək.
 
Tədbirin sonunda maarifləndirici çap materialları paylanacaq və müəssisəyə 0.70m x 1m ölçüdə xüsusi dizaynla hazırlanmış xəstəliyin yoluxma yolları əks olunan divar lövhəsi töhfə olunacaq.
 
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin TM-nin və Tibb Baş İdarəsinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.