Şuranın dəstəyilə narkomanlığın ziyanı barədə məktəblilər arasında təbliğat işləri yekunlaşıb

qhtxeber.az  “İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılması" layihəsini icra edir.
 
Layihə çərçivəsində Sumqayıt şəhərində (4 və 11 nömrəli məktəblərdə), Bakı şəhərində (46, 60 və 240 nömrəli məktəblərdə) 8-11-ci sinif şagirdləri arasında yekun maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ümumilikdə 150-dən çox məktəbli iştirak edib. Həm tədbirlərin keçirildiyi məktəblərə, həm də digər məktəblərdə layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici posterlər paylanıb. Tədbirlərin məqsədi məktəblilər arasında narkotik vasitələrin zərərləri barədə təbliğat aparmaq olub. 
 
 
Bununla da layihənin icrası sona çatıb yekunlaşıb, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar rayonlarının, Şirvan, Sumqayıt və Bakı şəhərlərinin ümumilikdə 10 məktəbində 300-dən çox şagirdi əhatə edən seminar-məşğələlər yekunlaşıbdır.
 
Tədbirlərdə narkomaniya haqqında  ümumi anlayış verilib, narkotik vasitələrin təsnifatı, zərərli vərdişlər, narkotiklərlə mübarizə istiqamətində mövcud qanunlar barədə geniş məlumat verilib, rol oyunları vasitəsi ilə problemin ciddiyəti uşaqlara aşılanıb.