Şuranın dəstəyilə təlim: "Autizm sidromu nədir, onun əlamətləri və xüsusiyyətləri"

qhtxeber.az  “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili"  layihəsinin icrasını davam etdirir.
 
 
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün "Autizm sidromu nədir, onun əlamətləri və xüsusiyyətləri" mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi valideynlərə autizm sindromu barədə geniş məlumat vermək olub.
 
 
Təlimdə mütəxəssis-loqoped İlhamə Abbasova autizm sindromu, onun əlamətləri, baş vermə səbəbləri və xüsusiyyətləri, eyni zamanda  autizmin müalicəsində həyata keçirilən tədbir və məşğələlər barədə təlim iştirakçılarına geniş məlumat verib.  
 
 
İnteraktiv formada keçirilən təlim zamanı valideynlərin sualları cavablandırılıb. 
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən sözügedən layihənin dəstəklənməsi Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edir.