QHT nümayəndələri beynəlxalq layihədə iştirak ediblər

qhtxeber.az  “Joint Organization to Unite Rural Networks of Entrepreneurial Youth – JOURNEY” (Sahibkar Gəncləri Yerli Şəbəkələrdə Birləşdirən Ortaq Təşkilat) layihəsinin növbəti mərhələsi Polşanın Lodz şəhərində həyata keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihədə Azərbaycanı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin nümayəndələri təmsil ediblər. 
 
Təlim Ukrayna, Gürcüstan və Azərbaycandan olan gənclərlə işləyən 21 mentoru əhatə edib. 
 
İlk mərhələsi İtalyanın Peruga şəhərində keçirilən layihədə nəzərdə tutulan mentorlar üçün təlim, yuxarıda göstərilən ölkələrin təmsilçilərinə yerli gənclər və gənc sahibkarları dəstəkləmək üçün təlimat bacarığı, bilik, metod və vasitələr əldə etməsinə imkan yaradıb. 
 
 
Gənc sahibkarlığın inkişafı üzrə gücləndirilmiş şəbəkə, mentorlara və kənd gənclərinə müraciət etmək üçün yenilikçi yanaşmalar, onların ehtiyaclarını təmin etmək üçün təkmilləşdirilmiş təcrübələr, AB/beynəlxalq səviyyədə işləmək bacarığı və peşəkarlığın artırılması, təkmilləşdirilmiş idarəetmə qabiliyyəti və beynəlxalq strategiyalar, digər ölkələrdən olan tərəfdaşlar ilə əməkdaşlığın gücləndirilməsi, iştirak edən tərəfdaşlar adından Avropa İttifaqı/beynəlxalq layihələrin hazırlanması, həyata keçirilməsi, monitorinqi və monitorinqinin keyfiyyətinin yüksəldilməsi layihənin qarşıya qoyduğu əsas vəzifələrdir. 
 
Proqram çərçivəsində iştirakçıların Lodz Xüsusi İqtisadi Zona, Regional Əmək İdarəsi, Plantasiya Sahibləri Birliyi və yerli aktiv sahibkarlarla görüşləri təşkil olunub.