Şura SƏLİS-in e-hesabat proqramından istifadəyə dair videoçarx təqdim edib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS-in e-hesabat proqramından istifadəyə dair videoçarxı təqdim edib.
 
Bu xidmət QHT-lərə Şuranın dəstəyi ilə icra etdikləri layihələrin təsviri və maliyyə hesabatlarını elektron qaydada sadə və rahat şəkildə təqdim etmək şəraiti yaradır.
 
Videoçarxda layihə hesabatlarının təqdim etməsi üçün QHT-lərin e-qht.az elektron xidmətlər portalının “E-hesabat” bölməsinə daxil olaraq icra edəcəyi fəaliyyət ətraflı və sadə şəkildə izah edilib.