Şuranın təşkilatçılığı ilə QHT-lərdə mətbuatla işin təşkili müzakirə olunub

qhtxeber.az  Mingəçevir şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində region QHT nümayəndələrinin iştirakı ilə “QHT-lərdə mətbuatla işin təşkili” mövzusunda təlim keçirilib. 
 
Təlimin əsas məqsədi QHT-lərin fəaliyyəti, eləcə də Şuranın dəstəyi ilə həyata keçirilən layihələrin mediada işıqlandırılmasının effektivliyini təmin etməkdir.  
 
 
Təlimdə Yevlax, Bərdə, Goranboy rayonlarında və Mingəçevir şəhərində fəaliyyət göstərən QHT təmsilçiləri və media nümayəndələri iştirak edib. 
 
Təlimdə müasir dövrün çağırışlarına uyğun olaraq ictimai birliklərdə media ilə əlaqələrin qurulması, informasiya siyasətinin formalaşdırılması, mətbuat üçün açıqlamaların hazırlanma texnologiyası, sosial media ilə iş və informasiya təhlükəsizliyi məsələləri geniş müzakirə edilib. 
 
Təlim qrup işləri, təqdimatlar və interaktiv müzakirələrlə davam edib.