Şuranın dəstəyilə Ağsu rayonuna ekskursiya təşkil olunub

qhtxeber.az  “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeniyetmə və gənclərin sahibkarlıq və biznes fəaliyyəti ilə bağlı maarifləndirilmə tədbirlərinin keçirilməsi”layihəsinin icrasını davam etdirir.
 
 
Layihə çərçivəsində 20 nəfər yeniyetmə və gənclər üçün Ağsu rayonunda yerləşən AZ-Granata Şirkətinə ekskursiya təşkil olunub.
Bu barədə qhtxeber.az-a layihə rəhbəri İndira Şəmsivari məlumat verib.
 
 
Onun sözlərinə görə, ekskursiyanın təşkilində məqsəd gənclərimizi ali təhsilli,orta ixtisaslı sahibkarlar kimi görməkdir. “Çünki cənab Prezidentimiz hər zaman çıxışında qeyd edir ki, bizim dövlətimiz insan kapitalına arxalanmalıdır. İnsan kapitalı isə bizim gənclərimizdir. Dövlətin özəl sektorunu çalışdıran iri müəssisələrlə yanaşı, kiçik müəssisləri çalışdıran insanlar lazımdır. Fermer təsərufatlarında İKT texnalogiyalarına yiyələnən, sahibkarlıq fəaliyyəti ilə məşqul olan gənclərimiz lazımdır. Prezidentimizin sahibkarlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün sahibkarlıq fəaliyyəti ilə məşqul olanların sayı artmaqda davam edir. Dövlət tərəfindən onlara verilən İnvestisiyalar və subsidiyalar bölgələrdə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərir”. 
 
 
Şirkətlə yaxından tanış olan gənclər öz düşüncüləri ilə bölüşüblər və onların verdiyi suallar işçi heyəti tərəfindən cavablandırılıb. 
İndira Şəmsivari qeyd edib ki, layihə çərçivəsində daha iki rayonda sahibkarlıq obyektlərinə gediləcək və gənclər sahibkarlıq fəaliyyəti ilə yaxından tanış olacaqlar. Bildirlib ki, növbəti səfər Xaçmaz rayonunda yerləşən sahibkarlıq obyektləri olacaq.