QHT-də müşavirə keçirilib

qhtxeber.az  Azərbaycan Qızıl Aypara Cəmiyyətin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov AzQAC-nin regional mərkəzinin koordinatorları ilə geniş tərkibdə müşavirə keçirib. 
 
N. Aslanov çıxışında AzQAC-ın maddi-texniki bazasının gücləndirilməsi, maliyyə imkanlarının artırılması, humanitar aksiya şəbəkəsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, N. Aslanov  AzQAC-ın 2020-ci ildə 100 illiyinin keçirilməsi ilə əlaqədar bütün yerli bölmələrə hazırlıq işlərinin gücləndirilməsi, dövlət və hökümət orqanları ilə səmərəli, qarşılıqlı işgüzar əməkdaşlığın inkişaf prespektivlərinin təşkil edilməsi barədə təlimat verib. 
 
Qeyd edək ki, müşavirədə Gəncə, Mingəçevir, Sabirabad və İsmayıllı regional mərkəz koordinatorları da iştirak ediblər.