Milli Qəhrəman "Fred Asif"in doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür.
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdamşəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb. 
 
1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. 
 
Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. 
 
Qeyd edək ki, Bakının küçələrindən biri onun adını daşıyır.