Kiçik və orta sahibkarlıqla bağlı "Strateji yol xəritəsi" barədə regionlarda məlumatlandırma işləri aparılır

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kiçik və orta sahibkarlıqla bağlı "Strateji yol xəritəsi" barədə məlumatlandırma işlərinin aparılması” layihəsini davam etdirir.
Layihə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” barədə kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılığınin artırılmasından, bu istiqamətdə problemlərin aşkarlanması və təhlilindən və regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasından bəhs edir.
 
Bu məqsədlə qarşıya qoyulan əsas vəzifələr regionlarda sahibkarlar arasinda üçün Strateji yol xəritəsi barədə müvafiq dövlət orqanlarının KOS-ların iştirakı  ilə yerli sahibkarlar arasında məlumatlandırma xarakterli seminarlar və müzakirələr aparmaqdır.
 
Layihə fəaliyyətinə uyğun olaraq növbəti tədbir İmişli və Beyləqar rayonlarında həyata keçirilib. Bu barədə SSTAA İB –nin Mətbuat Xidmətindən qhtxeber.az-a məlumat verilib. 
 
Məlumatda bildirilir ki, seminarda Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli açılış nitqi ilə çıxış edərək, layihənin məqsəd və vəzifələri haqda iştirakçıları məlumatlandırıb.
 
Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin ekspertləri tərəfindən hazırlanmış təqdimat sənədi iştirakçılara təqdim edilib. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər, Strateji Yol Xəritəsində iqtisadi inkişafa töhfə verə biləcək bütün faktorlar o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün nəzərdə tutulan imkanlar, strateji baxış və hədəf dövrlər barədə iştirakçılara geniş məlumatlar verilib. Həmçinin bu fəaliyyətlərlə yanaşı təşkilatın  təklif və tövsiyyəri təqdim olunub.
 
Layihə çərçivəsində sahibkarlara “ABAD” və ,ASAN servis barədə məlumatlar verilib. 
 
Sonda seminar iştirkaçılarını maraqlandıran suallar cavablandırılmış və müvafiq təkliflər səsləndirilib.