Laçın gəncləri üçün könüllülük haqda təlim keçirilib- Şura dəstək verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən icra olunan “Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi”adlı layihə çərçivəsində Laçın rayonunda (Taxtakörpü ərazisi) Təhsil Şöbəsinin akt zalında təlim keçirilib. 
 
Bu barədə qhtxeber.az-a təşkilatdan məlumat verilib.  
 
Məlumatda bildirilir ki, əvvəlcə Laçın RİHBA-nın Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə, daha sonra layihə rəhbəri Eldar Xəlilov çıxış ediblər. 30 nəfərin qatıldığı təlimdə iştirakçılara təlimçi və ekpertlər tərəfindən könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllünün və təşkilatın hüquq və vəzifələri, "Könüllü Fəaliyyəti Haqqında" Azərbaycan Respublikasının Qanunu, Könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, Könüllülüyün cəmiyyətin inkişafına tövhəsi,
 
Könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, qanuna əsasən kimlərə sosial xidmət göstərilir, kimlər çətin həyat şəraitində olan şəxs(ailə) hesab edilir, hansı sosial xidmətlər vardır, könüllülər necə sosial xidmət gəstərə bilər və s haqqında məlumatlar verilib, müzakirələr, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi aparılıb.
 
İştirakçılara bukletlər, təlim sənədləri payalanılıb, yekunda fərlqənənlərə Sertifikatlar verilib. 
 
Qeyd edək ki, layihənin məqsədi sosial xidmət sahəsində könüllülük fəaliyyətini təbliğ etməklə gəncləri çətin həyat şəraitində olan insanların sosial məsələlərinin həll edilməsinə cəlb etməkdən ibarətdir.