Şuranın dəstəyilə “İnternet Təhlükəsizliyi” müzakirə olunub

qhtxeber.az  Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması mövzusunda regionlarda tədbirlərin təşkili” adlı layihəsini davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi QHT 12-16 yaş aralığında olan yetkinlik yaşına çatmayanlar və onların valideynləri üçün maarifləndrici tədbirlər təşkil etməkdir. 
 
Layihə çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi”, “Uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində və digər müvafiq mövzularda tədbirlərin təşkili”, “Uşaq və valideynlərin xüsusi hazırlanmış təqdimatlar çərçivəsində təlimatlandırlıması”, “Uşaqların internetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllim, valideyn və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərmək, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək”, “İnternetdə zərəli infromasiyaların (qəddarlıq, uşaq pornoqrafiyası, milli və dini ayrı-seçkilik, kiber-terrorçuluq, şəxsi məlumatların qeyri-qanuni ələ keçirilməsi və s.) yayılmasının qarşısının alınmasına köməklik göstərmək”, “Müvafiq nazirlik, dövlət qurumları və internet provayderləri ilə əməkdaşlıqda uşaqların internetdən təhlükəsiz istifadəsi üçün müxtəlif proqramların təşkili” kimi xüsuslar gündəmə gətiriləcək.
 
Sabunçu Gənclər Evində layihə çərçivəsində “İnternet Təhlükəsizliyi” təlimi baş tutub. Təlimdə gənclərə internetin həm faydalı həm də zərərli təsirlərindən danışılıb, valideynlərə övladlarının düzgün istiqamətləndirilməsi izah olunub, internetin zərərlərindən qorunmaq yolları  müzakirə olunub.
 
Qeyd edək ki, layihə çərçivəsində bu sferada nəzarətin daha geniş təşkili üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə görüşlər reallaşdırılacaq, müzakirələr aparılacaq, müvafiq qanun layihələrinə təkliflər veriləcək.