Şuranın dəstəklədiyi layihədə 34 məcburi köçkün qadın iştirak edib

qhtxeber.az  Regional Gender Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkün qadınların məşğulluq səviyyəsinin artırılması, peşə kurslarının təşkili” adlı layihənin icrasını başa çatdırıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, QHT-nin Ağdam ofisində görülən işlərin hesabatı mövzusunda tədbir keçirilib. 
 
Layihənin rəhbəri Ş. Dadaşova çıxış edib, layihənin icrası ilə bağlı ətraflı məlumat verib: “Məcburi köçkün qadınların məşğulluq səviyyəsinin artırılması, peşə kurslarının təşkili” adlı layihə üzrə bütün fəaliyyətlər yerinə yetirilib. Layihədə 34 məcburi köçkün qadın iştirak edib. Onlar kompüter və dərzilik peşəsinə bacarıqla yiyələniblər”.
 
Sonra çıxışlar dinlənilib, layihənin aktuallığı və əhəmiyyəti haqqında fikirlər səsləndirilib.
 
QHT və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat mərasiminin sonunda layihədə iştirak edən məcburi köçkün qadınlara kompüter və dərzilik peşəsi üzrə sertifikatlar təqdim olunub.