QHT Şuranın dəstəyi ilə çəkilmiş sosial çarxın təqdimatını keçirib

qhtxeber.az  Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində çəkilmiş sosial çarxın təqdimatını edib.
 
qhtxeber.az-a daxil olan məlumata görə,təqdimatda çəkiliş qrupu, sosial çarxda cəmiyyətə mesaj ötürən  professor Zaur Həsənov, paralimpiyaçı Əli Babacanov, tələbə Peykər İbrahimova, şagird Əmir Rzayev, səhnələrin çəkilişində iştirak edən həvəskar aktyorlar, gənclər iştirak ediblər. Əvvəlcə layihə çərçivəsində həyata keçirilmiş tədbilər haqqında geniş məlumat verilib. Ardından sosial çarx izlənilib.
 
Təqdimatdan sonra çıxış edənlər çarx haqqında öz fikirlərini bildirib, cəmiyyətə ötürülən mesajların müsbət nəticə verəcəyini söyləyiblər. 
 
Qeyd edək ki, çarx YouTube kanalında və sosial şəbəkələrdə paylanılıb.