Şuranın dəstəyilə Pirquluoba kəndində sahibkarlar üçün təlim keçirilib

qhtxeber.az  “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Ekoloji təmiz heyvandarlıq məhsulları istehsalında qaramalın yetişdirilməsi və yemləndirilməsinin rolu” layihəsini icra edir.
 
Layihə çərçivəsində Xaçmaz rayon Pirquluoba kənd inzibati ərazi vahidliyində fəaliyyət göstərən 30 sahibkarla təlim keçilib.  
 
Təlimçi Nizami Musayev mövzu ətrafında məlumat verərək sahibkarların suallarına ətraflı cavab verib. 
 
Sahibkarlara buklet, təlim proqramı, təlim mövzuları paylanılıb. Rayonun Pirquluoba kənd ərazisində yaşayan sahibkarların əksəriyyəti heyvandarlıqla məşğuldurlar. Sahibkarlardan Ceyhun Ağabəyov, Fətulla Nurəhmədov, Xanməd Qurbanov, Allahverən Ağaliyev və başqaları belə təlimlərə ehtiyyacın olduğunu qeyd ediblər.