Şuranın dəstəyilə “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliynin qorunması” mövzusunda tədbir keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şabranda istehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunması, istehlakçı və istehsalçılar üçün maarifləndirmə, istehlakçı və qida təhlükəsizliyi mədəniyyətinin təbliği kampaniyalarının təşkili” layihəsinin icrası davamç edir.
 
Layihə çərçivəsində Şabran rayon “Ağsaqqallar evi”ndə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliynin qorunması” mövzusunda maarifləndirici görüş keçirilib.
 
Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai Birliyinin sədri – Layihə rəhbəri Tofiq Əmrahov layihə ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. 
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi şöbəsinin Qida təhlükəsizliynin tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi Ləman Abbasova istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin qorunmasının mövcud qaydaları barədə görüşdə iştirak edən ictimaiyyət nümayəndələrinə təklif və tövsiyələrini verib.
          
Görüşdə əlaqədar yerli dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri layihənin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.
          
İştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər təqdim olunub.