Şuranın dəstəyilə məişət zorakılığına qarşı məcburi köçkün qəsəbəsində tədbir keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi lə “Himayədar” Tənha və Valideyn Himayəsinə Ehtiyacı olanlara Kömək İctimai Birliyi tərəfindən “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsi çərçivəsində 5 saylı Cəbrayıl rayon Məcburi Köçkün Qəsəbəsində təlim keçirilib. 
 
Təlimdə layihə rəhbəri Rafiq Təhməzov tədbir iştirakçılarını salamlayaraq tədbirə qoşulduğları üçün minnətdarlığını bildirib.  
Təlimçi Nizami Musayev tədbir iştirakçılarına məişət zorakılığının baş vermə forma, səbəbləri və ondan çıxış yolları barədə ətraflı məlumat verərək, iştirakçıların müvafiq mövzuda suallarını cavablandırıb. 
 
Layihə eksperti Qızbəs Məmmədova məişət zorakılığının ümumiyyətlə cəmiyyət və dövlətin müştərək problemi olduğunu vurğulayıb və hər bir ailədə bu problemlərin həlli üçün zəruri addımların vaxtında atılmasının əhəmiyyətini qeyd edib.