Şuranın dəstəyilə Şirvanda şəhidlərin xatirə guşəsi yaradılıb

qhtxeber.az  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini Şirvan şəhərində həyata keçirir.
 
Layihə çərçivəsində Şirvan şəhər el məzarığında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün düzəldilmiş xatirə güşələrinin vəziyyətləri manitorinq edilərək unudulmuş şəhidlərimiz siyahısı müəyyən edilib.
  
Layihə çərçivəsində Şirvan şəhərində, həmçinin aidiyyati olan idarələrlə əməkdaşlıq edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik göstərilib.  
 
Layihənin yekunu olaraq Şirvan şəhər el məzarığında dəfin olunmuş 18 nəfər şəhidlərin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı olub.
     
Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
 
Sonra layihə rəhbəri, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verib, layihə çərçivəsində görülən işlərdən danışıb.
 
Tədbirdə şəhid ailələrinin üzvləri və müharibə veteranları çıxış edərək həyata keçirilən layihənin əhəmiyyətini qeyd ediblər və layihənin icrasına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildiriblər.