“Naxçıvan dialekt və şivələrinin leksikası” monoqrafiyası Türkiyədə çap olunub

qhtxeber.az  AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin leksikası” adlı monoqrafiyası türk dilində işıq üzü görüb.
 
Türkiyənin paytaxtı Ankarada “Gecə Akademi” nəşriyyatında çap olunan kitab türk dillərinin ortaq keçmişinin, o cümlədən dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Vəsaitdə dilimizin qədim mənzərəsini özündə əks etdirən Naxçıvan dialekt və şivələrində işlənən və türk dillərinin bir çoxu üçün ortaq olan leksik vahidlər müqayisəli tədqiqata cəlb edilib.
 
Bundan əlavə, Naxçıvan dialekt və şivələrinə xas olan atalar sözləri də müqayisəli linqvistik tədqiqata cəlb olunub, onların türk dünyası üçün ortaq bir xəzinə olduğu göstərilib, burada işlənən atalar sözlərinin digər türk dillərində, eyni zamanda qədim lüğətlərdə də mövcudluğu bir daha dilimizin qədimliyini göz önünə sərib.
 
Monoqrafiyada, həmçinin Naxçıvanın müxtəlif rayonlarından toplanılan dialektoloji materiallar əksini tapıb.