Şuranın dəstəyilə kənd və rayon yerlərində yaşayan qadınların peşə bilikləri və bacarıqları inkişaf etdirilir

qhtxeber.az  Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Kənd və rayon yerlərində yaşayan qadınların peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi” layihəsi davam etdirilir.
 
“Dayanıqlı İnkişaf Məqsədləri”nin 1, 2, 4-cü məqsədlərini özündə ehtiva edən layihə, əmək vərdişlərinin qazanılması üçün dərzilik peşəsi üzrə təlimlər təşkil etməklə Neftçala şəhərində və kəndlərində yaşayan qadınların iş imkanlarının genişləndirilməsi, gücləndirilməsi məqsədi daşıyır. 
 
qhtxeber.az-a daxil olan məlumata görə,layihə çərçivəsində növbəti təlimlər reallaşdırılıb. Peşə kursunun növbəti təlimlərində qadın iştirakçılar çıxarılmış ölçülərə görə geyimlərin və müvafiq çiyin və qol elementlərinin çertiojlarının qurulması bacarıqlarına yiyələniblər. 
 
Təlimlərdə iştirakçıların sualları cavablandırılıb.