Şuranın dəstəyilə vətəndaşların tibbi yardım almaq hüququnun reallaşdırılması müzakirə olunub

qhtxeber.az  “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icrasını davam etdirir. 
 
Layihə çərcivəsində Bakı şəhərində "Vətəndaşların tibbi yardım almaq hüququnun reallaşdırılması: mövcud vəziyyət və müasir trendlər” mövzusunda içtimai müzakirə keçirilib. 
 
Tədbiri giriş sözü ilə SHAİB sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilmiş hüquqi xidmətlər, eləcə də ictimai müzakirənin mövzusu olan tibbi yardım almaq hüququnun mahiyyəti və hüququ əsasları, həmçinin 2020-ci ilin 1 yanvarından sonra tətbiq ediləcək İTS-nın mahiyyəti, subyektləri, əhəmiyyəti, bu sistemin xarici  ölkələrdə formalaşmış olan təcrübəsi barəsində geniş məlumat verib. 
 
 
Tədbirdə layihə üzrə hüquqşünaslar Zamiq Aslanov və Aqşin Atalızadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri  Müqalib Mahmudov, Bakı Dövlət Universitetinin dosenti Subhan Əliyev, Hemofiliyalı Xəstələrin Respublika Assosiyasının prezidenti Gülnarə Hüseynova, “Umman” əlil uşaqlara qayğı İctimai Birliyinin sədri Şüküfə Məmmədova icbari tibbi sığortanın tətbiqi və tibbi qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri ilə bağlı məsələlər ətrafında çıxışlar edərək özlərinin tövsiyələrini veriblər. 
 
Tədbir iştirakçıları İTS-nın əhalinin sağlamlığının qorunması və bu sahədə maliyyə risklərinin aradan qaldırması baxımından əhəmiyyətini vurğulayıblar və bunu   Azərbaycan dövlətinin son dövrlərdə reallaşdırdığı sosial islahatların tərkib hissəsi kimi dəyərləndiriblər.