Şuranın dəstəklədiyi layihənin iştirakçıları seçim əsasında müəyyən olunacaq

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yeni Bloq – Yeni Media” adlı gənclər üçün sosila media layihəsinə start verilir.
 
Layihədə gənclərə 8 gün ərzində blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılması, müxtəlif fəaliyyətlərin sosial media vasitəsilə dəstəklənməsi istiqamətində bacarıq və vərdişlər formalaşdırmaq kimi təcrübəli təlimçilər tərəfindən nəzəri və praktiki təlimlər keçiriləcək.
 
Layihənin keçirilməsində məqsəd iştirakçılara yeni medianın, bloqrarın üstünlüklərini çatdırmaq, İKT-nin imkanlarından effektiv istifadə sahəsində nəzəri və praktiki biliklər vermək və bacarıqlar formalaşdırmaq, Bloq və VBloq servislərindən effektiv istifadə bacarıqları aşılamaqdan ibarətdir.
 
İştirak üçün müraciət:
19-35 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaq.
İştirak üçün müraciət etmək istəyənlər  10 oktyabr 2019-cu il tarixinə qədər ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.
 
Mob : 0557337630
Email: modernyouth.net@gmail.com