Kəlbəcər İstisuyunun Memarı: Dmitri Aleksandroviç Dubov

Dünyalarca məhşur Kəlbəcər İstisu müalicə mərkəzi keçən əsrin ortalarından istismar edilməyə başlanmışdı. Beləki burada 150 yerlik mehmanxana, müalicə korpusu inşa edilmişdir.
 
 
"İstisu" bulağı ətrafında binalar1928-ci ildə uşaq bağçası orta məktəb və 3-4 mərtəbəli yaşayış binaları inşa edilmişdi. 
 
 
İstisu müalicə mərkəzindəki müalicə korpuslarının və mehmanxananın layihə rəhbəri memar Dmitri Aleksandroviç Dubov olub.
 
 
D.A. Dubov Bakıda anadan olub Leninqrad (Sant-Peterburq)  İnşaat Mühəndisləri İnstitunu bitirərək öz doğma şəhərinə qayıdıb və  Azərbaycan Politexnik İnstitunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.
 
 
O, yaşadığı dövrdə 80-dən çox müəllifi olduğu Layihə həyata keçirib, o cümlədən 1938-ci ildə Şamaxı Şərab zavodunun, 1945-ci ildə Krımda Kino işçiləri Müalicə Mərkəzinin (Sanatoriya), 1950-ci ildə Mingəçevir şəhər klubunun, 1952-ci ildə İsti-su Mehmanxanasının və 1952-ci ildə İsti-su Müalicə Korpusunun Layihə rəhbəri olmuşdur.
 
 
Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır.
 
 
İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
 
 
İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır.
 
 
Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir.
 
 
1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi: M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir. Na75. Ca14 İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.
 
 
1993-cü ildən Ermənistan Silahlı qüvvələrei tərəfindən dağıdılan İsti-su Müalicə Korpusu unikal Memarlıq üslubuna malik idi. 
 
Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və
Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri