Şuranın dəstəyilə “İndi hünər meydanıdır” adlı kitab nəşr etdirilib

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” layihəsini icra edir.
 
Layihə çərçivəsində hazırlanmış “İndi hünər meydanıdır” adlı kitab nəşr etdirilib.
 
Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərindən seçmələr yer alıb. Layihənin rəhbəri “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi sədrinin müavini Həbib Misirov, kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçi isə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
 
Qeyd edək ki, “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” layihəsinin məqsədi diqqəti hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında yer almış vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə və dastanlara yönəltməkdir.