Şuranın dəstəyilə icbari tibbi sığortanın əhəmiyyəti müzakirə olunub

qhtxeber.az  “İcbari tibbi sığorta vətəndaşların sağlamlığının mühafizəsinin dövlət təminatıdır” layihəsi çərçivəsində Zaqatala rayonunun Bəhmətli kənd ƏİN-də təlim keçirilib. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi tərəfindən “İcbari tibbi sığortanın şərtləri və əhalinin sağlamlığının qorunmasında rolu”  mövzusunda keçirilən təlimin məqsədi icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunmasında rolu və özüməşğul insanların bu prosesə cəlb olunmasıdır.  
 
 
Layihə rəhbəri Sveta Rəfiyeva iştirakçıları salamlayaraq layihənin donoru, məqsədi barədə ətraflı məlumat verib və özüməşğul insanları icbari tibbi sığortaya qoşulmağın əhəmiyyəti barədə məlumatlandırıb.
 
Təlimçi Nizami Musayev icbari tibbi sığortanın tətbiqi tarixi, özüməşğul insanların fəallığının vacibliyi, sığorta zərfləri və s. barədə təlim iştirakçılarına ətraflı izahlı məlumat verib.
 
İçtirakçılara buklet və təlim materialları paylanılıb.