Azərbaycan 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.
 
qhtxeber.az trend-ə istinadən məlumat verir ki, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.
 
Sinqapurun başçılıq etdiyi reytinq siyahısında Ermənistan 69-cu yerdədir.
 
Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.