Bakıda “Turizm biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Turizm biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum işə başlayıb.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun məqsədinin turizm sahəsində çalışan sahibkarları, iş adamlarını bir araya toplamaqla mövcud problemləri və təklifləri dinləmək olduğunu deyib.