Gənclərin Beynəlxalq Kampaniyasına start verildi: “Qarabağ Azərbaycandır və nida işarəsi”

Son vaxtlar Ermənistanın baş naziri başda olmaqla bu ölkənin rəsmiləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edirlər. Azərbaycan Ermənistanın bu addımlarını “status-kvonu saxlamağa” yönəlmiş “qeyri-konstruktiv” addım kimi qiymətləndirib.
 
Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağrış ilə Ermənsitan beynəlxalq hüquq norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətanmaılərini ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş edirir. Ermənistan baş naziri 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ – Ermənsitandır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılqıdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır.
 
“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdir.
 
Cənab Prezidentin cıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi 2019-cu ilin oktaybrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verir.
 
Kampaniyanın məqəsdi Ermənsitan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir.
 
Gənclər kampaniyada fəal iştiraka dəvət edilir. Bunun üçün aşağıdakı addımları izləməklə kampaniyaya qoşula və ona dəstək ola bilərsiz:
 
 
1. Dəstəyinizi ifadə etmək üçün “Facebook” sosial şəbəkəsində öz örtük şəklinizi dəyişin 
 
Örtük şəklinizi aşağıdakı link vasitəsilə yükləyə və dəyişə bilərsiniz:
 
 
2. Həqiqətləri əks etdirən məlumatları (xəritə, sənədlər, foto, infoqram və s.) paylaşın
 
Buradan yükləyin:
 
 
 
 
 
 
 
 
3. “Facebook”sosial şəbəkəsində profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə edin
 
Çərçivəni buradan əlavə edə bilərsiniz:
 
 
 
 
4. Facebook və Twitter profillərinizdə #Karabakh #AllForKarabakh və #KarabakhisAzerbaijan həştəqlərindən istifadə edərək tvitlər, postlar yazın
 
Həştəqdən istifadə qaydası:
 
Paylaşımlar edərkən sosial medya hesabınızın “açıq” (public) olduğundan əmin olun.
 
Qarabağ haqqında ümumi bir bazada toplanan və dünyaya çatdırılan şəkil və videolardan istifadə etmək üçün Resurs: http://www.virtualkarabakh.az/az.html linkinə daxil ola bilərsiniz.
 
Məlumatları azərbaycan, ingilis, rus, ispan, alman və fransız və bildiyiniz dillərdə yaza bilərsiniz.
 
Qarabağ haqqında ümumi bir bazada toplanan Tvitlər baza şəklində istifadə üçün hazırlanmışdır.
 
Tvit bazanı burdan yüklə: https://bit.ly/2p1yhFv
 
“Facebook” sosial şəbəkəsində paylaşım edərkən coğrafi mövqe olaraq (check-in) Qarabağ koordinatlarını qeyd edin. Burada əsas məqsəd xaricilər tərəfindən həştəq və ya məkan axtarışında Azərbaycanın mövqeyini ifadən edən düzgün informasiyanın əldə edilməsinə şərait yaratmaqdır.
 
5. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi tərəfindən azərbaycan, ingilis və rus dillərində hazırlanmış “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmlərini paylaş:
 
Azərbaycan dilində: https://bit.ly/2VzijPb
 
İngilis dilində: https://bit.ly/2opmC3f
 
Rus dilində: https://bit.ly/2LAeckl
 
6. Elektron poçt ünvanınızın imza yerində “AllForKarabakh” imzasını yerləşdirin.
 
İmzanın yerləşdirilməsi haqqında: https://bit.ly/337WlFc
 
Əlavə ediləcək imzanın linki: https://bit.ly/2Vihkm5