Gəncədə flaşmob: “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü”

qhtxeber.az  Gəncə Musiqi Kollecinin tələbələri “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə flaşmob təşkil ediblər.
 
qhtxeber.az-a daxil olan məlumata görə, flaşmob Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və dəstəyi ilə reallaşdırılıb. 
 
Musiqili flaşmoba 100-dən artıq tələbə qatılıb. Gəncə Musiqi Kollecinin 70-dən artıq tələbəsi bir araya gələrək, müxtəlif musiqi alətlərində, Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndirib, milli rəqs nümunələri göstəriblər. 30-dan artıq tələbə isə Azərbaycan bayrağının rənglərini özündə əks etdirən geyimlərdə rəqs ediblər. Onların təqdim etdikləri “Yallı” rəqsi isə xüsusi maraq və alqışlarla qarşılanıb. 
 
Flaşmob izləyicilərinə kiçik ölçülü bayraqlar paylanılıb.