QHT sədrinin məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında yayınlanıb

qhtxeber.az  Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlının müəllifi olduğu “Türk Keneşinin 10-cu ili: uğurlar, problemlər, gözləntilər” başlıqlı məqalə Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin rəsmi saytında yayınlanıb.
 
Məqalədə qeyd edilib ki, təxminən 28 il öncə Türk respublikaları müstəqilliklərinə qovuşdular və beləliklə Türk dünyasının inteqrasiyası baxımından ciddi fürsətlər ortaya çıxdı. Türk dünyasının inteqrasiyası üçün bir neçə istiqamətdə fəaliyyətlər başladı. Bunlardan ən əsası 1992-ci ildən etibarən başlayan dövlət başçılarının sammiti olmuşdur.
 
QHT rəhbəri məqaləsində qeyd etmişdir ki, yürüdülən ardıcıl siyasət sayəsində Türk dünyası son 28 ildə inteqrasiya prosesində ciddi yol keçmişdir. Xüsusilə dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə Türk Şurasının (Türk Keneşinin) qurulmasına dair qərarın qəbul edilməsi inteqrasiya baxımından çox əhəmiyyətli olmuşdur. 
 
Ümumiyyətlə Türk Keneşi, TÜRKSOY, Türk Akademiyası, TürkPA, Türk Mədəniyyəti və İrsi Fondu kimi strukturların formalaşdırılması inteqrasiya baxımından önəmli addımlardır.
 
Digər tərəfdən münasibətlərin xüsusilə təhlükəsizlik və iqtisadi sahələrdə ciddi dərəcədə dərinləşdirilməməsi əksikliklik kimi qiymətləndirilə bilər.
 
Məqaləni aşağıdakı elektron ünvandan oxumaq mümkündür: https://www.aa.com.tr/tr/analiz/turk-kenesi-nin-10-yili-kazanimlar-sorunlar-beklentiler/1616890