Şuranın dəstəklədiyi layihənin təqdimatı keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra etdiyi “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihənin təqdimatı keçirilib. 
 
Tədbirdə psixoloqlar, hüquqşunaslar, QHT nümqayəndələri, insan alveri ilə mübarizə sahəsində çalışan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Təqdimatı giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq, tədbir iştirakçılarına layihənin əsas məqsədi haqqında məlumat verib. Zenfira Mustafayeva layihədən faydalana biləcək şəxslər, layihənin əhatə edəcəyi coğrafi ərazi barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihənin rəhbəri, həmçinin layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər planından danışaraq bildirib ki, insan alveri mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub.
 
İctimai Birliyin hüquqşunası Ruslan Mustafazadə layihədə insan alveri qurbanlarına və potensial qurbanlara layihə dövründə göstəriləcək xidmətlər haqqında geniş məlumat verib.
 
Sonra Zenfira Mustafayeva layihədə risk qrupuna daxil olan ailələr üçün pulsuz hüquqi, psixoloji, sosial yardımlar göstəriləcəyi, insan alveri, məcburi əmək mövzularında Dünya TV Telekanalında TV verlişlərin hazırlanıb nümayiş olunacağı və layihə çərçivəsində icra olunacaq digər xidmətlər haqqında danışıb.