Şuranın dəstəklədiyi daha bir layihə yekunlaşıb

qhtxeber.az  Neftçalada “Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan qadınların peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlimlərin təşkili” layihəsinə yekun vurub.
 
qhtxeber.az-a daxil olan məlumata görə, “Dayanıqlı İnkişaf Məqsədləri”nin 1, 2, 4-cü məqsədlərini özündə ehtiva edən layihə, əmək vərdişlərinin qazanılması üçün dərzilik peşəsi üzrə təlimlər reallaşdırmaqla Neftçala şəhərində və kəndlərində yaşayan qadınlara iş imkanlarının genişləndirilməsi, gücləndirilməsi məqsədi daşıyıb. 
 
Layihə çərçivəsində gənc qız və işsiz qadınlar üçün dərzilik kursları fəaliyyət göstərib. Məşğələlərdə iştirakçılara dərziliyin əsas xüsusiyyətləri aşılanıb, onların bu sahədə bilik, səriştə və bacarıqları artırılıb. Kursun əsas məqsədi dərzi peşəsinə sahib olmaq və bu peşəni marketinq təlimləri vasitəsilə sahibkarlığa istiqamətləndirmək olub. 
 
Layihənin yekun tədbirində xanımlar öyrəndikləri peşə üzrə sertifikatla təltif olunublar. Mərasimdə bildirilib ki, kursu bitirən on nəfər qadın “Gül" tekstil dərzi sexi yaradaraq fəaliyyətə başlayıblar. Xanımlara bu işdə uğurlar arzulanıb.