Polis Akademiyasında maarifləndirici tədbir: “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası”

qhtxeber.az  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda maarifləndirici tədbir keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə kurs rəisi, polis polkovnik-leytenantı Mehman Həsənov açıb, maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirib. 
 
Akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovniki Sərdar Əliyev akademiyada aparılan sanitar maarifi sahəsində görülən işlər barədə məlumat verib. 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında geniş təqdimatla çıxış edib, sağlam həyat tərzi keçirməyin, gigiyena qaydalarına düzgün riayət etməyin vacibliyini vurğulayıb. 
 
Kursantların böyük marağına səbəb olan təqdimatda L. Dadaşova infeksion (qrip, kəskin respirator virus infeksiyası, QİÇS, Hepatit B, C və s.), həmçinin qeyri-infeksion xəstəliklərdən (xərçəng, ürək-damar xəstəlikləri və s.), qorunma yolları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. 
 
Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.