Şuranın dəstəklədiyi layihənin yekununa həsr olunmuş Dəyirmi masa keçirilib

qhtxeber.az  Cəbrayıl rayon 4 saylı Məcburi Köçkün Qəsəbəsində “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsinin yekununa həsr olunmuş Dəyirmi masa keçirilib.
 
Layihə rəhbəri layihənin icrasına maliyyə dəstəyinə göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.
 
Təlimçi Nizami Musayev bildirib ki, layihənin icrasında 11 hədəf qəsəbə nəzərdə tutulmuşdur və 11 hədəf qrupun hər birində anket sorğusu zamanı problemin aktuallığı, təlim zamanı verilmiş tövsiyələrin zəruriliyi yüksək qiymətləndirilib.
 
Yekunda layihə heyəti və iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müsabiqə qaliblərinin seçilməsində şəffaflığı təmin etmək üçün tətbiq etdikləri “SƏLİS” proqramına görə dərin minnətdarlıqlarını bildiriblər.