Şuranın dəstəyilə hasilat sənayesi şirkətlərinin ekoloji məsuliyyəti haqqında təqdimat keçirilib

qhtxeber.az  Azərbayçan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının dəstəyilə “Neftçilərin Hüquqların Müdafiə Təşkilatı”  İctimai Birliyi "Hasilat sənayesinin ətraf mühitə təsirləri, ekoloji məsuliyyətləri ilə bağlı qiymətləndirmə və ictimai məlumatlandırma kampaniyasının təşkili"   layihəsini icra edir.
 
Layihənin məqsədi Hasilat sənayesi şirkətlərinin ekoloji məsuliyyəti, fəaliyyətlərinin ətraf mühitə təsirlərinin miqyası haqqında ictimaiyyəti məlumatlandırmaqdan, bu təsirlərinin əhalinin sağlamlığına zərərləri haqqında  müqayisəli informasiya almağa imkan verən araşdırma və qiymətləndirmə aparılmasından ibarətdir. 
 
Layihə çərçivəsində Şirvan şəhərində keçirilən Dəyirmi masada Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə Hasilat sənayesi sahəsi Şirkətlərinin ətraf sosial mühitə təsirləri əsas müzakirə mövzusu olub. 
 
Tədbirdə hasilat sənayesi şirkətlərinin ətraf mühitə dəyən təsirləri, hasilat sənayesi şirkətlərinin ekoloji məsuliyyəti haqqında təqdimat keçirilib.