Şuranın dəstəyilə milli maraqların müdafiəsi mövzusunda seminar bu dəfə Masallıda keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Masallı Rayon Mərkəzi Kitabxanasında seminar təşkil edib. 
 
Tədbirdə rayonun ictimai-fəal gəncləri, gənc müəllimləri iştirak ediblər.
 
"Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev laihənin donoru və sədri olduğu təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib, layihənin əsas məqsədinin sosial şəbəkələrin imkanlarından istifadə edərək milli maraqların müdafiə olunmasında hər bir kəsi fəal iştirak etməyə təşviq etmək olduğunu bildirib.
 
Layihənin eksperti Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri barədə iştirakçıları ətraflı məlumatlandırıb.
 
Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən görüşdə iştirakçılardan Vidadi Nəsirov, Aytən Qulamhüseynli, Neymət Abdullayev və başqaları mövzu ətrafında çıxış edərək bildiriblər ki, bu gün milli maraqların müdafiəsində sosial şəbəkələr üzərindən dövlətçilik əleyhinə çağırışlar edən qüvvələrə qarşı hər kəsin vətəndaşlıq nöqteyi-nəzərindən mübarizə aparması olduqca vacibdir. 
 
Qeyd edək ki, layihə çərçivəsində növbəti silsilə tədbirlər Yardımlı və Astara rayonlarında həyata keçiriləcək.