Şuranın dəstəklədiyi daha bir layihə yekunlaşıb

qhtxeber.az  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsini yekunlaşdırıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Gəncə şəhərində həyata keçirilən layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir. 
 
Layihə çərçivəsində Gəncə şəhərində yerləşən 4 müəssisənin (uşaq evləri və gimnaziyalar) hər birində 2 gün olmaqla seminarlar təşkil olunub. Seminarlarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərində qorunma üsulları barədə məlumat verilib.