Şuranın dəstəyilə müvafiq qanunvericilik aktlarında şəffaflığın artırılması imkanları müzakirə edilib

qhtxeber.az  İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra etdiyi "Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilikdə şəffaflıq tələblərinin gücləndirilməsi" layihəsi çərçivəsində Dəyirmi masa təşkil edib.
 
Sahibkarlıq fəaliyyətini tənzimləyən dörd sahəni, o cümlədən dövlət satınalmaları, ixracın təşviqi, investisiyaların təşviqi və dövlət əmlakının özəlləşdirilməsini ehtiva edən qanunvericilik aktları layihə çərçivəsində təhlil edilib.
 
Tədbir zamanı qeyd olunan sahələr üzrə aparılan tədqiqatın nəticələri və sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilikdə şəffaflıq tələblərinin gücləndirilməsi məqsədi ilə hazırlanmış tövsiyələr paketinin təqdimatı keçirilib, eləcə də müvafiq qanunvericilik aktlarında şəffaflığın artırılması imkanları müzakirə edilib.
 
Dövlət nümayəndələri, QHT təmsilçiləri, müstəqil eksperltər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbir mövzular və tövsiyələr ilə bağlı iştirakçıların çıxışları və onları maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.