İran mətbuatı Dünya dini liderlərinin II Bakı Samitindən yazıb

İran mətbuatı Bakıda keçirilən Dünya dini liderlərinin II Samitinə geniş diqqət ayırıb.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İRNA, Mehr, Fars News xəbər agentlikləri, İRİB və İRİNN televiziya kanallarında yayılan xəbərlərdə qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dünya dili liderlərinin II Samiti keçirilir. Bu beynəlxalq tədbirdə İranı Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
 
Xəbərlərdə bildirilir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına, müxtəlif dini baxışlara malik xalqların yaxınlaşmasına böyük töhfədir. Din xadimləri tədbir çərçivəsində qlobal xarakter daşıyan məsələləri və əməkdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə edirlər.