APA 15 yaşında

Azəri-Press Agentliyinin (APA) yaranmasının 15 ili tamam olur.
 
APA 2004-cü il noyabrın 16-da fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb, erməni dillərində xidmət göstərib.
 
Fəaliyyəti dövründə Agentliyin Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilib. Xəbər bloklarında siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
 
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya respublikalarında ofisləri fəaliyyət göstərir. Holdinqin nəzdində olan APATV hzırda ən çox baxılan internet TV kanallarındandır və böyük auditoriyanın sevgisini qazana bilib. 
 
qhtxeber.az APA İnformasiya Agentliyinin əməkdaşlarını təbrik edir, həmkarlarımıza uğurlarının davamlı olmasını arzulayır.