Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib.
 
Bunlar, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s. qanunlara dəyişiklik layihələridir.