Şuranın dəstəyilə fəal qadın seçicilərə seminar keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Bizim şəhər” Sumqayıt Sosial-İnkişaf Mərkəzi İB “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində təşkilatın 6 məhəllə komitəsində keçirdiyi maarifləndirmə-məlumatlandırma tədbirlərində seçilmiş fəal qadınlara öz namizədliklərini irəli sürülməsinə kömək məqsədilə seminar keçirilib.
 
Təşkilatın sədri Mətanət Zeynalova qeyd edib ki, layihənin məqsədi qadın seçicilərin 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri bağlı maarifləndirilməsi, fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirməsidir.
 
Təlimçi Ramil Süleymanov seminar iştirakçılarına bələdiyyə üzvlüyünə namizədlərin göstərilməsi, namizədlərin statusu və seçkiqabağı təşviqat qaydalarını geniş şəkildə izah edıb.
 
Hüquqşünas Ruslan Mustafayev tərəfindən bələdiyyə seçkiləri ilə bağlı hazırlanan materiallar tədbir iştirakçılarına paylanıb. Seminarın sonunda iştirakçılar arasında anket sorğusu keçirilib.