Şuranın dəstəyilə çəkilən “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi təqdim olunub

Beynəlxalq Mətbuat Mərkəzində “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filminin təqdimatı olub.
 
qhtxeber.az APA-ya istinadən məlumat verir ki, film “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin (İB) təşəbbüsü  və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.
 
Əvvəlcə “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi nümayiş olunub. 
 
Sonra “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri Bəsti Nəsibova çıxış edərək filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. Bu cür filmlərin Qarabağ probleminin unudulmamasında böyük rolu olduğunu qeyd edib.
 
Daha sonra filmin mövzusu haqqında məlumat verilərək bildirilib ki, “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” Azərbaycanın Dağlıq Qarabağ  bölgəsi və işğal olunmuş digər ərazilərində erməni vandalizmi ilə üzləşən v  taleləri məlum olmayan insanların həyatına həsr olunub. Müharibənin fəsadları nəticəsində minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların əksəriyyətinin taleyi hələ də məlum deyil. Məqsəd o insanların yaşadıqları ağrı-acını, dəhşətləri göstərməkdir. Burada ermənilərin  azərbaycanlılara qarşı törətdikləri cinayətlərin miqyası, dəhşətləri təsvir edilir. Film üç nəfər – bir əsir, bir girov və bir itkin azərbaycanlı üzərində qurulub və eyni, oxşar taleni yaşayan minlərin faciəsini, hiss-həyəcanını təqdim edir.
 
Tədbir çıxışlarla davam edib.